13 Dekabr 2019 15:43
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Abbas Bağırov illərdir küsülü olduğu həmkarı Zamiq Hüseynovla münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Abbas Bağırov “Show News” verilişində Zamiq Hüseynovun xalq artisti Röya Ayxanla dostluğunu qısqanmadığını deyib:

“Mən tərəfdən qısqanclıq yoxdur. Röya mənimlə də, onunla da dostdur. Bizim şəxsi münasibətimizin başqasına aidiyyəti yoxdur. Əgər Zamiqlə münasibət saxlamıram və Röya mənimlə yaxındırsa, ona deyim ki, Zamiqlə şəkil paylaşma və sair, heç vaxt elə şey ola bilməz. Onun da özünəməxsus həyat tərzi var, sevənləri var.

Mənim heç kimə münasibətim pis deyil. Müəyyən problemlər var. Zaman gələr, nə isə dəyişə bilər”.


Müəllif: Rəqsanə Həsənova