23 Sentyabr 2014 09:11
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur R&B ifaçısı Kris Braun bu ilin əvvəllərində 3-aylıq məhkum həyatı yaşaması ilə bağlı bəzi etiraflar edib. Hətta 25 yaşını da dəmir barmaqlıqlar arxasında qeyd etməli olan Kris Braun bir daha o pis günləri yenidən yaşamamağa qərar verdiyini deyib.

"Bir çox vəziyyətlərdə vəhşiləşdiyim anlar olub, lakin düşünürəm ki, bunlar böyüməyin və dərs almağın bir yoludur. Özümü və ruhumu nəzərə alaraq, sadəcə hüzur içində yaşamaq, əylənmək və sevdiyim işi görmək istəyirəm, çünki mənə bu imkanlar və bu istedad verilib, mən də onu heçə döndərmək istəmirəm.»

«X» adlanan 6-cı studiya albomu işıq üzü görən məşhur müğənni həm də peşəkar rəqqasdır. O, özünü gənc R&B ifaçıları arasında öz keçmiş səhvlərini etiraf edən və başa düşən ən yetkin sənətçi adlandırır. Hazırda Kris Braun məhkəmənin qərarı ilə həftədə 2 dəfə psixoterapiya keçir.

Kris Braun 2009-cu ildə sevgilisi Rihannanı döyərək xəstəxanalıq etdiyinə, bu ilin əvvəllərində isə Vaşinqton hava limanında pərəstişkarını itələdiyinə görə 2 dəfə məsuliyyətə cəlb olunub.


Müəllif: