27 Yanvar 2020 10:54
2 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Manana Caparidze evliliyinin 12-ci ilini qeyd edib.

Teleqraf.com xəbər verir ki, müğənni İnstaqramda həyat yoldaşı Georgi Qabelave ilə fotosunu paylaşaraq bu sözləri yazıb: “Bizim əvəzolunmaz sevgimizin 12 ili tamam oldu. Hər gün Allahıma, bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə hər şeyi mənə bəxş etdiyinə görə şükür edirəm! Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq. Əziz dostlar, sizə də xoşbəxt həyat arzu edirəm. Tanrı sizi qorusun!”.

Qeyd edək ki, Manana Caparidze biznesmen Georgi Qabelave ilə evlidir. Cütlüyün bir oğlu, bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər