5 Fevral 2020 16:44
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli ikinci kitabını təqdim etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, müğənni kitabının övladlığa götürdüyü Corc və Jerarın doğma anasına həsr edilib:

"Oğullarımla bağlı illərdir mənə ünvanlanan bütün suallara bu kitabda cavab tapacaqsınız. Corc və Jerarın anasının əzablı taleyi haqda hər şeyi yazmışam. Eyni zamanda oğullarımla tanış olmağım, onları necə övladlığa götürməyimi, atalarının harada olmasını yazmışam. Çox maraqlı bir kitab olacaq. Adını isə "Məcnunsuz Leyli" qoymuşam".

Qeyd edək ki, Roza Zərgərlinin ilk kitabı "Sibir çiçəyi" adlanırdı. Sənətçi sözügedən nəşrdə öz həyatından bəhs etmişdi.


Müəllif: Rəqsanə Həsənova