25 Sentyabr 2014 20:34
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktrisa Mərvə Boluğur iş qadınlarına həsəd apardığından bildirib.

Teleqraf.com Türkiyə mətbuatına isitnadən xəbər verir ki, gənc aktrisa ailəsindən karyerasından və şəxsi həyatından danışıb:

“Aparıcı olacağımı düşünürdüm. Efirdə görünmək istəyirdim. Həmişə iş qadınlarına həsəd aparırdım və məktəbi qurtaran kimi iş dünyasına atılmaq fikrində idim. Qohumlarımdan biri reklam şirkətində çalışırdı. Bir gün məni sınaq çəkilişlərinə dəvət etdi. Orada mənə model olmaq təklifi gəldi, qəbul etmədim. Daha sonra isə aktrisalıq etmək üçün qarşıma şans çıxdı. Bu dəfə razılaşdım. “Küçük sırlar” serialının həyatımda xüsusi yeri var”.

M.Boluğur şəxsi həyatı ilə də bağlı açıqlamalar verib:

“Həyatımdakı insanla hər şeyimi paylaşa bilərəm. Kişidə şeytan tükü olmalıdır. Mən heç nə demədən sürprizlər hazırlayan, düşüncəli, incə ruhlu adamı xoşlayıram. Sevgi qarşılıqlı olmalıdır”.

Qeyd edək ki, Mərvə Boluğur məşhur “Maybelline” markasının ilk türk siması seçilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər