Bu gün Türkiyədə baş tutacağı gözlənilən 46-cı “Altın Kelebek” mükafatlandırma mərasimi təxirə salınıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb İdlibdə 33 Türkiyə əsgərinin şəhid olmasıdır.
Bu haqda məlumatı jurnalist Ahmet Hakan bildirib:
“Nəsə deməyə ehtiyac yoxdur. Təbii ki, belə bir gündə “Altın Kelebek” mükafatlandırma mərasimi ola bilməz. Tədbir təxirə salınıb”.
Qeyd edək ki, hazırda mükafatlandırma mərasimdə iştirak etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Gülay Zeynallı, Nura Suri, rəqqasə-aktrisa Oksana Rəsulova, aktrisa Pərvin Abıyeva Türkiyədədirlər.