Xalq artisti Brilliant Dadaşova Teleqraf.com-un suallarını cavablandırıb.
- Brilliant xanım, Buzovnadan villa aldınız. Deyəsən çox böyükdür...
- Çox böyük deyil, televiziyada elə görənirdi. Normaldır, bizə çatır. Evimiz o qədər böyük deyil.
- Köhnə bağ evinizi satdınızmı?
- Xeyr, bağ evini sata bilməmişəm.
- Brilliant xanım, televiziyalara bayağı müğənnilərin dəvət edilməsinə münasibətiniz necədir? Telekanalarımızın hazırkı vəziyyətini necə dəyələndirirsiniz?
- Mən hesab edirəm ki, qadına “a-az” müraciəti ilə danışanlar televiziyananın dəhlizinə belə girməməlidirlər. Bayağı müğənnilərin efirə çıxması kütləvi hal alıblar. Mən dünyanın bir çox ölkələrində olmuşam. Ora gedən kimi ilk öncə televiziyaya baxıram. Mənə onların efir mədəniyyəti maraqlıdır. Bundan başqa, televiziyanı açıram ki, hansı musiqiyə qulaq asırlar, mədəniyyətləri nədir?
Təəssüf edirəm ki, ölkəmizə gələn isanlar bizim mədəniyyətimizi, abidələrimizi, otellərimizi görmürlər. Bizim çox zəngin irsimiz var. Telviziyada bütün gün mərsiyə dinləmək, “a-az” müraciəti edən savadız insanların danışıq tərzi məni məyus edir.
Mənim atam həmişə deyirdi ki, hər şey savadın üstündədir. Savadsız insan cəmiyyətin gözü önündə olmamalıdır. Cəmiyyətdə seçmə insanlar olmalıdır ki, uşaqlarımız da onlara baxaraq böyüsün.
- Televiziyalar bayağı müğənniləri təbliğ etməkdə günahkardır?
- Niyə mənim düşmənlərimi çoxaldırsınız, danışdırırsınız... Sonra da şər-böhtan başlayır. Axı, mən böhtanlardan çox yorulmuşam. Heç bir müğənniyə mənim qədər böhtan atılmayıb. Başqa millətdə də sənətçisini bizim qədər tənqid edən yoxdur.
- Yaxın günlərdə Röya Ayxanla qalmaqal yaşamışdınız. Hazırda münasinətiniz necədri?
- Biz küsmüşdük? Kimi küsdürürsünüz, kimi barışdırırsınız və sair, bunları özünüz edirsiniz. Həyat çox qısadır. Məncə dəyməz.
- Konsert verəcəyiniz qeyd etdiniz...
- Mayın 25-də Heydər Əliyev adına Sarayda konsertim olacaq. Konsertdə orkestr olacaq və əsl musiqi səslənəcək.