29 Mart 2020 12:23
2 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış iş xanımı Ruhi Əliyeva karantin dövründə övladları ilə vaxtını necə keçirməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva İnstaqramda övladları ilə fotosunu paylaşaraq bu sözləri qeyd edib:

"Bilirsiniz ki, istər uşaqlar, istər də böyüklər üçün idman həyatın ayrılmaz bir parçası olmalıdır. Biz də çalışırıq ki, #evdəqal müddətində idmanla məşğul olaq, bu dövrü sağlam şəkildə dəyərləndirək.

Məhəmmədlə mən basketbolu çox sevsək də Həsən futbolu daha çox sevir. Ona görə üçümüz ayrı oynamalı oluruq.

Əzizimlərim, çox adam məndən soruşur ki, uşaqlarınızın üzünü niyə bağlayırsınız? Çünki onlar hələ balacadırlar, böyüdükdə narazı ola bilərlər. Buna görə də qərarı onların özlərinə buraxıram. Özləri böyüyəndə necə istəyirlər elə edərlər. Övladlarımızın fikrinə hörmətlə yanaşmalıyıq.

Allah bütün balaları qorusun!"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər