Məşhur futbolçu Kriştiano Ronaldodan xəbər var.
Teleqraf.com xəbər verir ki, futbolçu İnstaqramda infarkt keçirən anasının sağaldığını və xəstəxanadan çıxdığını bildirib: "Anam evə buraxılıb və buna görə həkimlərə təşəkkür edirəm. Ailənizi və sevdiklərinizi qoruyun".
Futbolçu hazırda ailə üzvləri ilə öz evində karantindədir.