3 Aprel 2020 20:30
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova "Shou-News" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova şortikdə yayılan videosunun tənqid edilməsinə münasibət bildirib:
"Divanın kənarında oturmuşam və o, fotesessiya deyil.

"Tetatet" klipinin çəkilişləri zamanı çəkilib. Hava çox isti idi və mən şortik geyindim, divanın kənarında oturdum. Uşaqlar da videoya çəkdilər. O tənqid edənlərin özləri tərcümeyi-hallarına baxsalar, onda hər şey aydın olar. Mənə sosial şəbəkədə mənfi rəy yazanları qara siyahıya atmıram. Elə insan var ki, onun on feyk səhifəsi var.

Onlar nə isə yazırlarsa, deməli, səninlə məşğuldurlar. Mənim xoşuma gəlməyən heç nəyə vaxt itirmərəm. Deməli, narahatdırlar və onun üçün də silmirəm. Şər-böhtan atırsa, deməli, qıcıqlanır narahatdır.

Bir dəfə polisə müraciət etdim və o uşaq bir müğənninin adamı çıxdı.

Hamınızın tanıdığınız xalq artistinin qızının dostu idi. Sonra uşağın nənəsi zəng edib ağladı, söhbəti yaymadım".


Müəllif: Rəqsanə Həsənova