"Heç kimlə düşmən deyiləm, amma get-gəlim yoxdur. İndi hamımzın işi çoxdur".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Evdəkilərə salam" verilişində şou-biznesdən uzaqlaşan əməkdar artist Almaz Ələsgərli həmkarları ilə münasibətindən danışarkən deyib.
O, yaxın zamanlarda nənə olduğunu açıqlayıb: "Hələ ki, nəvəmə ad qoyulmayıb. Uşağın qırxı çıxana qədər qoyarlar".
Qeyd edək ki, Almaz Ələsgərlinin Mədinə və Əminə adlı iki qızı var.