Müğənni Sevda Yahyayeva 5/5 verilişində qonaq olarkən nişanlısı Zakir Bayramov canlı yayıma zəng edib.
Teleqraf.com xəbər verir ki, Zakir Bayramov müğənni ilə toyunun yayda baş tutacağını açıqlayıb: "Atam naxçıvanlı, anam isə Tatarıstandandır. Heç vaxt evlənməmişəm və 38 yaşım var. İnşallah, yayda evlənməyi planlaşdırırıq. Mövcud vəziyyət yaxşı davam edərsə... Öz evim də var".
Zakir Bayramov ifaçıya sənətində mane olmayacağını da deyib: "Sevda xanıma bu sahədə inkişaf etməyini demişəm. Daha yaxşı uğurlar qazanması üçün".
Qeyd edək ki, Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə nişanlanıb. O, Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır.