9 Aprel 2020 18:36
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Ledi Qaqa moda ikonu Quççio Quççinin nəvəsi Maurizio Quççinin həyatından bəhs edən filmə çəkiləcək.

Teleqraf.com xəbər verir ki, filmin 2021-ci ildə yayımlanacağı iddia edilib.

MGM şirkətini Maurizio Quççinin öldürülməsi haqda real hadisədən bəhs edən dramı satın alıb. Ekran əsəri "The House of Gucci: A Sensational Story of Murder, Madness, Glamour and Greed" adlı kitab əsasında çəkiləcək.

Ledi Qaqa bu filmdə oynamaq üçün görüşlərə başlayıb.

Qeyd edək ki, Ledi Qaqa ilk dəfə aktyor Bredli Kuperlə "Ulduz doğuldu" filminə çəkilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər