Rəqqasə Fatimə Fətəliyeva "Hüseynova bacıları" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyeva bir müddət əvvəl küsülü olduğu həmkarı Oksana Rəsulova haqqında bu sözləri deyib:
"Oksana Rəsulova heç vaxt ad günümdə iştirak etməyib. Çünki koronavirus olmayan zamanda da bizim problemlərimiz vardı. Amma indi düşünürəm ki, ad günümdə xüsusi dəvətnamə göndərəcəm. Soyuq müharibə bitdi".
Rəqqasə pis münasibətdə olduğu müğənni Xatun Əliyeva haqqında isə "Heç vaxt doğum günümə dəvət etmərəm, heç gəlməz də. Bu haqda danışmayaq" deyə qeyd edib.