17 Aprel 2020 17:41
3 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vəfa Zeynalova "Söhbətsiz" verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, aktrisa şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Aktrisa qızları barədə bu sözləri deyib:

"Qızım Səbinə model kimi yetişib. Yeniyetməlik dövründə hündürboy qızlarda kürəklərini əyməyə başlayırlar. Səbinə dedi ki, kurs var, modellik öyrədirlər. Dedim, get, peşə kimi yox, amma oturuşun-dururşun, kürəyini düz saxlamağın üçün get. Sırf hobbi kimi gedib.

Qızımın biri Azərbaycan Dillər Universitetində, biri isə İqtisasiyyat Universitetində təhsil alır. Yaradıcı qızlardılar. Çox gözəl rəsmlər çəkirlər. Biri şeir yazır".

Aparıcının "Qızlarını daha çox necə böyüdürsən, sənin dediklərin olmalıdır, yoxsa sərbəstlik vermisən" sualına cavabda aktrisa deyib ki, onlara sərbəstlik verib: "Amma o demək deyil ki, nə istəsən edə bilərsən. Onlar Alamaniyaya yay məktəbinə getmişdilər, biz telefonla danışanda rəfiqələrim də yanımda idilər. Qızım dedi ki, köynəyimi dəyişmək istəyirəm, olar?

Rəfiqələrim mənə təəccüblə baxdılar ki, səndən köynəyini dəyişmək üçün icazə alır? Dedim ki, elədir. İcazə verməsəm dəyişməyəcək. Baxmayaraq ki, başqa ölkələrdədir, daha sərbəstdirlər, amma nəzarət altındadırlar".

Aktrisa 27 illik həyat yoldaşının ona evlilik təklifindən də danışıb: "Qayınatam istəmirdi, aktrisa olum. Amma həyat yoldaşım dedi ki, aktrisa olacaqsan. Həyat yoldaşımla bir il sırf dost olmuşuq. Qonşu idik. Sonradan yəqin ki, onun hansısa hisləri oldu və mənə evlənmək təklifi elədi. Bir ilə qədər fikirləşdim, sonra qərar verdim".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər