21 Aprel 2020 11:13
4 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində yayımlanan "Elgizlə izlə" verilişində qeyri-etik ifadə işləndiyinə görə telekanalın yayımını 6 saatadək dayandırıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb xalq artisti Afaq Bəşirqızının canlı yayıma zəng edərək söyüş məzmunlu ifadə işlətməsi olub.

Sözügedən məsələdən sonra Elgiz Əkbərlə əlaqə saxlamaq qeyri-mümkünə çevrilib. Telefonunu söndürərək zənglərə cavab verməyən aparıcı İnstaqramda bu sözləri qeyd edib: "Sizləri çox sevirəm, göstərdiyiniz dəstəyə görə çox sağ olun".

Xalq artisti Afaq Bəşirqızı da telefon zənglərinə cavab vermir. Son zamanlar aktiv istifadə etməyə başladığı İnstaqram səhifəsini sildirib.

Gün ərzində xalq artisti ilə əlaqə saxlamağa çalışacağıq.

Xatırladaq ki, Afaq Bəşirqızının canlı efirə zəng etməsinə səbəb isə sinif yoldaşı, vəkil Şəfiqə Nağıyevanın fikirlərinə dəstək vermək olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər