Xalq artisti Röya Ayxan "Tarqovı"da qara bodidə görüntülənib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan "Qəribə dünya" adlı klipinin çəkilişinə start verib.
Röya Ayxan bu haqda İnstaqramda məlumat verib:
"Biz öz işimizin başındayıq. "Qəribə dünya"nı çəkməyə başladıq. Bu il yeni diskimiz çıxacaq".
Cazibədarlığı ilə diqqət çəkən xalq artisti qara bodi və qara çəkmə ilə kamera qarşısına keçib.
Röya Ayxanın yeni imici üzərində məşhur stilist Anar Ağakişiyev çalışıb.
Röya Ayxanın bu imici həmkarı Aygün Kazmovanının imicini xatırladıb. Belə ki, Aygün Kazımova 2018-ci ildə Elektra Event Hallda keçirəcəyi "Duy” konsertinə hazırlaşan zaman imicini qara bodi, üzərindən smokinq və qara əlcəklə tamamlamışdı.
Onun imici üzərində gürcü dizayner və məşhur stilist Bessarion çalışmışdı.