45 kilo çəki atması ilə gündəmdə olan məşhur ifaçı Adelin necə arıqladığı məlum olub.
Teleqraf.com xəbər verir ki, məlumata görə, həmkarı Ledia Qaqa ona öz fitness müəllimi Herli Pasternakı məsləhət görüb. Həftədə 5 dəfə 35-dən dəqiqədən az olmamaqla ayaq, qarın və qol əzələləri üzrə məşqlər edən Adel sonunda arzusuna çatıb.
Bundan başqa, aktyor Kemeron Diasın da müğənninin arıqlamasında rolu olub. O, amerikalı aşpaz Ceyson Herlini Adelə məsləhət görərək onun bişirdiyi sağlam yeməkləri yeməsini tövsiyyə edib.