21 May 2020 16:23
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana olmağa hazırlaşan Fələstin əsilli məşhur amerikalı model Gigi Hadid ilk dəfə görüntülənib.

Teleqraf.com xəbər verir ki, altı aylıq hamilə olan Gigi Hadidin görünüşü insanları təəccübləndirib.

Onlar 24 yaşlı modelin plastik əməliyyat elətdirdiyini iddia ediblər. Model isə cavabda bu sözləri deyib: "Üzüm yuvarlaq olduğu üçün insanlar dolğu elətdirdiyimi düşünürlər. Anadan bu yanaqlarla doğulmuşam. Plastik əməliyyat məni qorxudur".

Qeyd edək ki, modelin doğulacaq körpəsinin atası repçi Zeyn Malikdir.


Müəllif: Rəqsanə Həsənova