"Hər bir insan özünü bir nömrə hesab etməlidir. Düşünürəm ki, sən də, mən də öz-özlüyümüzdə bir nömrəyik. Digər sənət dostlarım da. Düzdür, çoxlu, Nadirlər, Zaurlar gələcək. Amma bizim kimi olmayacaqlar".
Teleqraf.com xəbər verir ki, bu sözləri 5/5 verilişində müğənni Nadir Qafarzadə deyib.
O, oğlanlarının evlənməsindən də danışıb:
"Oğlum mənə deyir ki, səninlə küçəyə çıxmaq istəmirəm. Elə biləcəklər ki, mən sənin atanam. Çünki o məndən yaşlı görsənir. 24 yaşı var və gəncdir. Evləndirmək məsələsi bir az çətindir. Düzdür, indi yaxşı, savadlı, sağlam ailənin gəncləri var. Həm oğlan, həm də qız tərəfdə... Amma mütləq o ailəni, oğluna aldığın qızı yaxşı tanımalısan. Ailə sağlam, savadlı olmalıdır. Qızı ən azından 11-ci sinifi yaxşı bitirməlidir".
Nadir Qafarzadə aparıcının "Oğlunuza təhsilli qız istəyirsiniz?" sualına isə "Qız özü, gələcəyi üçün təhsilli olmalıdır. İnsanın təhsili, savadı olmayanda qapanıq və dünyaya baxışı fərqli olur. Savadlı olmaq güclü olmaq deməkdir. Çünki oğlum xaricdə təhsil alıb. Mütləq bir-birinə uyğun olmalıdırlar. Avropa təhsili də olmasa Azərbaycanda təhdilini normal bitirsin. Və getdiyi yerdə özünü aparmağı bacarsın"-deyə, cavab verib.
Nadir Qafarzadə "Hansı oğlun üzünə ağ olur?" sualına isə belə cavab verib:
"Oğullarım üzümə ağ olmur, amma görürəm ki, böyük oğlumda şıltaqlıq var. "Sən mənim üçün neynəmisən" sözünü çox eşitmişəm. Deyəndə ki, bunları kim edib? Cavab verir ki, etməlisən. Əslində, etməli deyilik, heç kimin heç kimə borcu yoxdur".
Qeyd edək ki, Nadir Qafarzadənin iki oğlu var.