7 İyul 2020 17:33
2 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevin daha bir paylaşımına münasibət bildirib.

Teleqraf. com xəbər verir ki, Brilliant Dadaşova sosial şəbəkədə bu sözləri yazıb:

"Nə dərəcədə "qanmaz" olmaq lazımdır ki, bu şəkildə dənizə getmək istəyib, karantinə görə qanuna riayət edənin gücsüz, zərif, incə olduğunu, qanunları pozanın isə vəhşi varlığa bənzədildiyini görməyəsən.

Bu şəkli kim düzəldib bilmirəm, amma Cahadın istehza ilə nə demək istədiyini paylaşdığı bu karikatur deyir. Görünür ki, fürsət axtaran bəzi insanlar cəmiyyəti o qədər bəsit hesab edirlər ki, gözümüzlə gördüyümüzə belə öz boş başlarına görə dəyərləndirirlər".

Xatarladaq ki, Cahad Hacıyevin sosial şəbəkədə "Fairmont Baku” hotelində baş verən olaya münasibət bildirirərkən "Ay işverənlər, siz ona görə incimisiniz ki, "Fairmont"a dəvət etməyiblər" - deyə, qeyd etməsi birmənalı qarşılanmamışdı.

Daha sonra Cahad Hacıyev İnstaqramda hekayə bölümündə "Çimərlikdə "zaqar" almaq istəyirəm, heyif ki, karantindir. Bu, kasıblara olmaz. Biz "Fairmont"a gedirik" istehzalı paylaşımı ilə diqqət çəkib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər