Bu gün xalq artisti Alim Qasımovun 63 yaşı tamam olur.
Xalq artisti doğum günü təəsüratlarını Teleqraf.com-a bölüşüb.
O qeyd edib ki, Şamaxı rayonundadır və doğum gününü qeyd etməyəcək: "Ailəmlə birlikdə rayondayıq. Pandemiyaya görə doğum günümü qeyd etmirəm. Hamı kimi ailəm və nəvələrimlə yemək bişəcək və yeyəcəyik".
Xalq artisti ilk təbriki həyat yoldaşından aldığını deyib: "Həyat yolaşım sübh namazına durmuşdu. Məni sübh tezdən təbrik elədi. Hədiyyə hələ yoxdur, pandemiyadır".
Alim Qasımov sənət arzularından da söhbət açıb: "Yaradıcı insaların arzuları tükənmir. Bunu həyatda düşünəndə belə qorxuram. İnşallah yavaş-yavaş oxumadığım əsərləri oxumaq istəyirəm. Hansısa dəstgahın üzərində mütaliə etmək istəyirəm. Ömür yolumuzu Allah nizamlayır. Allah özü nizlamlayıb, nizamı pozmamalıyıq".
Alim Qasımov insanları özlərini koronavirus infeksiyasından qorumağı da tövsiyə edib: "Hələ ki virusa görə rayondayıq. Allah bütün xalqımızı qorusun. Allaha sığınaq və deyilənlərə əməl edək".