Telejurnalist Xoşqədəm Hidayatqızının həyat yoldaşı, müğənni Doğuş Silahlı Qüvvələrə Yardım Fonduna 45 min lirə bağışlayıb.
Bu haqda Teleqraf.com-a aparıcının özü məlumat verib.
O, "Hər birimiz öz ordumuza dəstək verməliyik. Bu gün millətimiz bir yumruq kimi birləşib. Doğuş bəy məndən Silahlı Qüvvələrə Yardım Fondunun hesabını istəyəkən heç bir söz soruşmadım. Nə isə soruşmaq düzgün də olmazdı.
Bir az keçəndən sonra mənə dedi ki, Silahlı Qüvvələrin Yardım Fonduna 45 min lirə köçürdüm. İnanırsınız ki, iclasdaydım və gözlərim doldu. Düzdür, biz bir ailəyik. İki övladı var, onlar Azərbaycanda yaşayırlar. Həm Azərbaycan, həm Türkiyə vətəndaşlarıdırlar"-deyə, qeyd edib.
Qeyd edək ki, Xoşqədəm Hidayatqızı və Doğuş cütlüyünün əkiz övladları var.