19 Oktyabr 15:00
2 815

Xalq artisti Brilliant Dadaşova erməni analarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

“Erməni analarına müraciət edirəm! Sizin aranızda savadlı elm işçiləri, həkimlər, incəsənət xadimləri var. Səriştəsiz və zəif siyasətçilərinizə icazə verməyin ki, öz kirli oyunlarında, övladlarınızı oyuncaq kimi istifadə etsinlər.

Nə üçün sizin uşaqlarınız bizim torpaqlarda vuruşmalıdırlar? Onsuz da onlar işğalçı kimi tarixdə qalacaqlar. Paşinyanın arvadı əlində silahla şəkil çəkdirib. Ermənistan silahlı qüvvələr dinc əhalinin yaşadığı evlərə atəş açdıqdan sonra hamıya aydın oldu ki, Paşinyanın arvadı silahını körpə balalara tuşlayıbmış.

Biz Qarabağı işğaldan azad etdikdən sonra, orada eyni ilə Bakıda və Gəncədə olduğu kimi müxtəlif millətlər yaşayacaq. İnanıram ki, siz Paşinyanın işğalçı ambisiyalarının qarşısını almağa, ona təsir göstərməyə nail olacaqsınız!”


Müəllif: Rəqsanə Həsənova