30 Dekabr 2020 20:43
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il başa çatır. Yola salmağa hazırşlaşdığımız ildə dünyasını dəyişən məşhurlarımız da az olmadı.

Teleqraf.com dünyasını dəyişən incəsənət nümayəndələrini təqdim edir.

Xalq artisti Rafael Dadaşov 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi.

Xalq artisti Əjdər Həmidov insultdan əziyyət çəkirdi, 67 yaşında vəfat etdi.

Uzun müddət xəstəlikdən əziyyət çəkən və tənha yaşayan tanınmışlardan biri də xalq artisti Səfurə İbrahimova idi. O, 72 yaşında bu dünya ilə vidalaşdı.

Əməkdar artist Atabala Səfərov 71 yaşında dünyasını dəyişdi. Aktyorun ölümünə səbəb ürək çatışmazlığı olub.

Əməkdar artist Almaz Mustafayeva 71 yaşında uzun sürən xəstəlikdən haqq dünyasına qovuşdu.

AzTV-nin məşhur diktoru Sabir Ələsgərov 83 yaşında vəfat etdi.


Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Rafiq Əliyev 70 yaşında dünyadan köçdü.

“Planet Parni iz Baku” KVN komandasının keçmiş üzvü Rauf Əsgərov da bu il dünyasını dəyişdi.

"Qaya" Qrupunun bədii rəhbəri Rauf Babayev 82 yaşında ürək çatışmazlığından haqq dünyasına qovuşdu.

Xalq artisti Ağaxan Salmanlı 78 yaşında qəflətən vəfat etdi.

"O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırmış Tamara Gözəlova isə 80 yaşında həyatını itirdi.

Meyxanaçı Vüqar Biləcəri 33 yaşında vəfat etdi. Meyxanaçının ölüm səbəbi ilə bağlı məlumat verilməsə də, onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilirdi.

Bu ilin bəlasına çevrilən COVİD-19-dan dünyasını dəyişən məşhurlar da oldu.

Virusun qurbanlarından biri xalq artisti Sabir Əliyevdir. O, yaxın günlərdə 72 yaşında vəfat etdi.


Xalq artisti Teymur Mustafayev da COVID-19-dan ölən tanınmışlar sırasındadır. O, 81 yaşında dünyadan köçdü.


Əməkdar incəsənət xadimi Etibar Babayev də COVID-19-un qurbanı oldu.



Müəllif: Rəqsanə Həsənova