18 May 14:57
2 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın mədəniyyət naziri Janna Andreasyan qazax həmkarı ilə Türkmənistanda keçirilən mədəniyyət nazirlərinin konfransı çərçivəsində Qazaxıstanda erməni mədəniyyəti günlərinin təşkili, birgə film istehsalı və digər əməkdaşlıq məsələlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, erməni nazir türkmən həmkarı ilə də əməkdaşlıq məsələlərini müzakirə edib.

“Türkmənistanın mədəniyyət naziri ilə Türkmənistandakı erməni kilsəsi və Ermənistandakı türkmən əmirlərinin məzarının bərpasını müzakirə etdik. Həmçinin Türkmənistandan olan tələbələrin Ermənistan universitetlərində təhsil almaları, onların sayının artırılması, təhsil sistemində əməkdaşlıq məsələlərinə toxunduq”, - Andreasyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər