6 Yanvar 2021 09:41
4 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-aktyor Sərxan Kərəmoğlu Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovanın ünvanına sərt sözlər deyib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Məlahət Abbasovanın Yeni ildə rəqs edən Röya Ayxanı tənqid etməsi olub.

Bundan əsəbləşən Sərxan Kərəmoğlu İnstaqram hesabında bu sözləri yazıb: "Əxlaq, insanlıq dərsi? Bunları Məlahət deyir? Mən 2009-cu ildə İstanbula köçdüm, sən Məlahət evimə gələ-gələ ailəmi dağıtdın. Sənsən insanlıq dərsi keçən?

"TRT Avaz"da mənə iş təklifi gəlmişdi. Gedib orada müdirə əxlaqsız sözlər dedin. Sənsən əxlaq dərsi keçən? Toy mərasiminə bir gün qalmış dəvətnaməsi paylanan bəyi, nişanlını Bakıda qoyub, İstanbula qastrola gedib, orada qaldın və türkə ərə getdin. Ailən isə pərişan oldu.

Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə ikinci dəfə bais oldun. Bu nə zəmanədir? Kimdə nə yoxdursa, onunla öyünür. Məlahət Abbasova, ümumiyyətlə, sənin Azərbaycan mədəniyyəti və incəsənəti haqqında danışmağa haqqın yoxdur. Röya Ayxan səhv edib, özü bilər, xalq bilər. Buna qarışa bilmərəm".

Qeyd edək ki, Məlahət Abbasova Röya Ayxanın ünvanına bu sözləri deyib: "Elə bil ki, dekabrın 31-də şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma evində rəqs edib paylaşmır. Bu, eyibdir. Belə həssa bir vaxtda bu hərəkətin səni iti gözdən salan kimi saldı. Həm də deyirsən ki, Ağdamlıyam. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə də insanlığın. Bir də anasan...".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər