3 May 2021 17:23
15 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Günel Zeynalova İnstaqramda ad çəkmədən keçmiş sevgilisi Rza Zərraba ismarış göndərib: "Pisliyi Allaha həvalə etməlisən. Pisliyi Allaha həvalə etmək intiqamın ən gözəlidir".

Qeyd edək ki, illər öncə Günel Zeynalova ilə Rza Zərrab sevgili olublar. Cütlüyü müğənni Ebru Gündəşin ayırdığı deyilir.

Xatırladaq ki, Ebru Gündəş bu yaxınlarda xəyanət iddiası ilə 11 illik həyat yoldaşı Rza Zərrabdan boşanmaq üçün məhkəməyə müraciət edib. Cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova