Ötən gün yerli media ANS telekanalının məşhur siması Ulvira Qarayevanın sifətinin göyərdilmiş şəkli ilə bomba kimi partladı.
Teleqraf.com xəbər verir ki, məşhur aparıcı Azərbaycanda, xüsusilə, bölgələrdə aktual olan qadın zorakılığı mövzusunu qabartmaq və məsələyə diqqət çəkmək üçün həm öz, həm də verilişə gələn qonaqların üzünü qrimlədib. “Evdəyik” verilişinin qonaqları qismində isə müğənni Şölə Səfərəliyeva, model və aktrisa Minarə Allahverdiyeva, tələbə Aynur Əliyeva və psixoloq İbrahim İbrahimov olublar.
Xanım qonaqlar və aparıcı da daxil olmaqla qarşıdakı həftə efirə gedəcək verilişdə məhz bu formada efirdə olacaqlar.
Qeyd edək ki, "Qadınlara qarşı şiddətə yox!" layihəsinin rəhbəri Şəfiqə Fərzəliyevadır.
Teleqraf.com həmin fotoları təqdim edir :
Rüstəm