Türkiyənin tanınmış hərbi müxbiri Fulya Öztürk Fox TV-də yayımlanacaq verilişinin yayım tarixinə sayılı günlər qalıb.
Fulya Öztürk Teleqraf.com-a özəl açıqlamasında xalqımızdan dəstək gözləyəcəyini deyib:
"Allah qismət edərsə, FOX TV-də sosial xarakterli veriliş aparacam. İnsanlara kömək edəcəyik. Azərbaycan xalqının dəstəyini gözləyirəm".
Qeyd edək ki, Fulya Öztürk iyulun 12-dən etibarən həftədə beş gün verilişlə ekrana çıxacaq.