19 İyul 2021 12:11
3 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deyirlər ki, qızını xariciyə verib, Zümrüd azərbaycanlı ilə evlənib".

Teleqraf.com xəbər verir ki, bu sözləri ATV-də Xalq artisti Flora Kərimova deyib.

Xalq artisti ona qızının əcnəbi ilə evənməsinə irad tutanlara od püskürüb:

"Üzümü bədhaqlara tutub demək istəyirəm ki, öz qismətimi yaşayıram. Allah hamımıza bir qismət verir. Mənim həyat payım budur. Bəlkə buradan çıxandan bir həftə sonra mənə ağlayacaqsınız! Ayıb olsun. Çünki siz bu torpağın, millətin övladısınız. Necə diliniz gəlir, danışırsınız, yozursuz. Ancaq yozanda şapalağı Allahdan alacaqsınız".

Qeyd edək ki, Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva Londonda yaşayır. İkinci dəfə ailə quran Zümrüd Şəfiyeva yaxın günlərdə övladını itirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər