Tanınmış türkiyəli müğənni Murat Bozun məhkəmədə məğlub olub.
Teleqraf.com Türkiyə mətbuata istinadən xəbər verir ki, məhkəməyə ifaçının vəkili Polat Dilli qatılıb.
Stardium Musiqi Şirkəti müğənninin onlardan xəbərsiz qatıldığı konsertlərə görə düşdüyü 500 min dollarlıq ziyanın 150 min lirəsini sənətçinin ödəməsini tələb edib. Murat Boz isə şirkətdən albomu və klipi söz verdikləri vaxtda çıxarmadıqları üçün 33 min lirə təzminat istəyib.
Məhkəmə sənətçinin iddiasını rədd edib.
Qərara əsasən çalışdığı şirkətdən xəbərsiz 45 konsert verdiyi və müqaviləni haqsız yerə ləğv etdiyinə görə Murat şirkətə 105 min TL (təxminən 37 manat) təzminat ödəyəcək.
Rüstəm