11 Noyabr 2014 11:08
759

Jurnalistlər 22 yaşlı britaniyalı model Kara Delevinin gündəlik gəlirini hesablayıblar.

Teleqraf.com "The Telegraph"a istinadən xəbər verir ki, britaniyalı model orta hesabla günə 11 min dollar qazanır, bu isə ildə 1,5 milyon dollara bərabərdir. Bu rəqəm jurnalistlərə Kara Delevinə yeni Linda Yevanqelista adını verməyə icazə verdi. 90-cı illərin supermodelinin "Gündə 10 min dollardan az pula yataqdan qalxmaram" ifadəsi bir zamanlar böyük ajiotaj yaratmışdı.

Kara isə Jizel Bundhen və Dautsen Krezi geridə qoyaraq, ən bahalı modellərin siyahısına başçılıq etməyi hədəf seçib.

Teleqraf.com modelin fotolarını təqdim edir :

Rüstəm


Müəllif:
Загрузка...