18 Oktyabr 2021 13:28
4 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı televiziyada fəaliyyətə başladığını gizli saxlayan aparıcı Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda video paylaşaraq bu gün hansı kanalda fəaliyyət göstərəcəyini açıqlayacağını deyib:

"Bilirəm ki, mənim üçün çox darıxırsınız. Yalnız darıxmaq deyil, yüzlərlə yarımçıq qalan talelərdən cavab istəyirsiniz. Türkiyədə idim, çox təkliflər gəldi. Hər təklifi də qəbul etmək olmaz. Bu gün sizə açıqlama verəcəm. Həmişə riskə getməyi sevmişəm. Və bütün qələbələrimi də riskə gedərək qazanmışam. Mübarizıni sevirəm".


Müəllif: