Türkiyəli televiziya ulduzu və stilist İvana Sərt ilə biznesmen Sinan Akımanın ayrılma səbəbi bəlli olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İvana Sərt və Sinan evlilik hazırlığı edərkən ayrılıb. Belə ki, Sinan keçdiyimiz günlərdə evlənmə təklif etdiyi Ivana Sərtlə münasibətini geyim mövzusunda razılığa gələ bilmədiyi üçün bitirdiyini söyləyib.
O, İvanaya dekolte mövzusunda xəbərdarlıq etdiyini bildirib. “Yayılan xəbərlər doğrudur. Geyimlərinə fikir ver dedim, dinləmədi, mən də ayrıldım. Biz köhnə düşüncəli adamlarıq, bunları qəbul edə bilmərik. Ona reytinq, amma bizə qürur və namus daha əhəmiyyətlidir"söyləyib.
Rüstəm