28 Oktyabr 2021 11:25
1 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk iş adamı ilə evli olan müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerə etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İradə İbrahimova İnstaqram səhifəsində həyat yoldaşı ilə fotosunu paylaşaraq bu sözləri yazıb:

“İnsan əsas məsələnin heç bir zaman eşq olmadığını 30 yaşından sonra başa düşür. Əsl məsələnin dostluq, inam, güvənmək, yol, həyat yoldaşlığı olduğunu, yanınızda sizinlə bərabər addımlamaq istəyənin olduğunu öyrənir. Yəni siz çarə axtardığınızda, o, bahanə axtarmayacaq.

Mənim isə eşq anlayışım bir dənədir. Yaradan! Yerdə qalan hər şeyə sevgi, məhəbbət hissim, nə varsa, yenə ona görədir. Yəni doğru bir dənədir və yerinə təzə heç nə gəlməz”.

Qeyd edək ki, cütlüyün bir qız, bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova