Əməkdar artist Manana Caparidze villasında qızı Elizabetin 13 yaşını qeyd edib.
Teleqraf.com xəbər verir ki, Manana Caparidze İnstaqramda qızının ad günündən video paylaşıb.
"Həyatımın mənası, həyatım və xoşbəxtliyim olan qızımın ad gününü qeyd etdik. Elizabet artıq 13 yaşındadır. Möcüzə hədiyyə üçün Allaha şükür olsun. Doğum günün mübarək, balam, biz səni çox sevirik", - deyə o, qeyd edib.
Manana Caparidze biznesmen Georgi Qabelav ilə evlidir. Cütlüyün iki övladı var.