24 Noyabr 2021 12:50
5 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə oğlunun yaxın günlərdə keçiriləcək toy mərasiminə rəqqasə Fatimə Fətəliyevanı dəvət etməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə bu haqda ARB televiziyasında danışıb: "Oğlumun toy mərasimini tanınmış deyil, sıradan bir insan aparacaq. Fatimə Fətəliyevanı oğlumun toyuna dəvət etməyəcəm. Faiq Ağayev artıq dəvət edilib. Kənan M.M-lə o qədər də münasibətim yoxdur. Bəlkə də dəvət edəcəm.

Fatimə Fətəliyeva tez küsür. Mən onun üzünə də deyirəm. Heç nədən küsüb inciyir. Deyir ki, xasiyyətimi dəyişə bilmərəm. Deyirəm, dəyişməlisən, yaşlanırıq. Artıq nənəsən. Gözəl nəvəsi, qızı, kürəkəni var".

Fatimə Fətəliyeva isə İnstaqram səhifəsində "Nadir öncədən təbrik edirəm, xoşbəxt olsunlar. Mən olmasam dünya dağılmaz", - deyə ifaçıya cavab verib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər