Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin nişanlanması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, müğənni "Onda görüşək" verilişində məlumatların əssasız olduğunu deyib: "Həqiqətləri ancaq mən deyə bilərəm, əgər bu da lazım gəlsə. Gözəl xəbərlər olanda eşidəcəksiniz. Özüm xəbər verəcəm. Bacımın qızının evində də nişan mərasimi olub".
Qeyd edək ki, həmin məlumatı Kərimin keçmiş həyat yoldaşı Canana Həmidova yaymışdı.