Müğənni-bəstəkar Eminin Ağalarovun Xalq artisti Zülfiyyə Xanbabayeva ilə birlikdə ifa etdiyi duet artıq hazırdır.
Teleqraf.com xəbər verir ki, ifaçılar birlikdə SSRİ Xalq artisti, mərhum Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndiriblər.
Bu barədə “Instagram” hesabında yazan Emin mahnının onun repertuarında Azərbaycan dilində ilk bəstə olduğunu vurğulayıb:
“4 dekabrda nəzərdə tutulan konsertdə Zülfiyyə Xanbabayeva ilə birlikdə oxuduğumuz mahnını təqdim edəcəyik. Bəstəni dahi Müslüm Maqomayev yazıb. Bu mənim doğma Azərbaycan dilində oxuduğum ilk mahnı olacaq. Mənim üçün böyük məsuliyyət və məna kəsb edir”.
Emin mahnıdan bir hissəni təqdim edib.
Xatırladaq ki, Emin ad günü münasibətiylə "Crystal Hall"da konsert verəcək. Gecədə rus estradasının tanınmış simaları Stas Mixaylov, Qriqori Leps, İrina Dubtsova, Svetlana Loboda və başqalarının da çıxışı gözlənilir.
Teleqraf.com videonu təqdim edir :
Rüstəm