27 Dekabr 2021 15:35
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Kamran Həsənli islam dininə aid qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Kamran Həsənli aparıcı Ulvira Qarayevanın aparıcılıq etdiyi "Astar" verilişində bu sözləri deyib: "Allaha inanan insanam. Allaha bizim daxilimizdədir. Əgər Allah mənimlə danışırsa, məscidə, kilsəyə, sinaqoqa nə ehtiyacım ola bilər?!

Məscidə qadınlarla kişilər ayrı gedirlər. Ayaqqabılarımızı da çıxartdırırlar, əlimizə bir zənbil verirlər.

Mən məscidlə yanaşı kilsəyə və sinaqoqa da gedirəm. Bu ehtiyacdan deyil, elə-belə gedirəm, fərqi görmək istəyirəm. Axı, məsciddə niyə ayaqqabımı çıxarmalıyam?! Ayaqqabını çıxarırsan və deyirlər ki, zənbilə qoyun, götürərlər. Cavab verirəm ki, burada 1000 ayaqqabı var. Deyir ki, sənin ayaqqabın təzədir, götürəcəklər. Təsəvvür edin, içəri girirəm, əlimdə də zənbil...

Mən din tərəfdarı deyiləm. Allaha inanan insanam, tanrını sevirəm. Sadəcə olaraq fərqi göstərirəm".

Kamran Həsənli onu da deyib ki, məscidə kişi və qadınların ayrı getməsinin tərəfdarı deyil: "Məscidə kişi və qadın birlikdə getsin. Nə olar ki?! Hamımız Allahın övladıyıq, bizi niyə ayırırsınız? Gedək bir yerdə dua edək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər