7 Yanvar 2022 23:54
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə birgə müğənni Zamiq Hüseynovun Heydər Əliyev Sarayındakı konsertinə qatılıb.

Elşad Xose Teleqraf.com-a açıqlamasında nikahının gizli etməsindən danışıb: "Xanım incəsənət aləmindən deyil. Ona görə də istəmədik və qabarıq şəkildə efirə çıxarmadıq. Xanımın incəsənət aləminə aiddiyatı yoxdur".

Reper həyat yoldaşına ünvanlanan "Həyat yoldaşınız sizi qısqanırmı?" sualına isə "Xanımım Azərbaycan dilində danışmır" deyərək onun danışmasına mane olub.


Müəllif: Rəqsanə Həsənova