Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda ad çəkmədən söz atıb: "Kimsəyə hesabat vermək, kimsədən hesabat tələb etmək sadəcə uzaqlaşdıracaq. Bunun fərqində deyilsiniz? Həyatınızı rahat yaşayın, öz həyatınız, gününüz, anınız olsun. Xoşbəxt olacağınız dəqiqəniz olsun. Sorğu-sualla ittiham edəcək şəxslə sərhədinizin suvağını möhkəm edin".