Səudiyyə Ərəbistanı və Qətər İŞİD-i dəstəkləyir və Suriya ərazisində vuruşan terrorçuları maliyyələşdirirlər.
Bu barədə çərşənbə günü, noyabrın 19-da müvafiq açıqlama ilə BMT-də Suriyanın daimi nümayəndəsi Bəşər Əl-Cəfəri çıxış edib.
Teleqraf.com-un məlumatına görə, Cəfəri bu fikirləri BMT Baş Məclisinin iclasında səsləndirib. O, Suriyada insan hüquqları haqqında qətnamə layihəsi üzrə çıxış edərək bildirib ki, ölkəsində baş verənlərə görə, Səudiyyə və Qətər rejimləri məsuliyyət daşıyırlar.
Cəfəri qeyd edib ki, iyunda və oktyabrda Amerika telekanalı sayılan CNN-də nümayiş etdirilən sənədlər bu iki ölkənin Suriyada terror təşkilatlarının maliyyələşdirilməsində iştirakını sübut edir.
Nail Cəlil