22 Yanvar 2022 20:14
2 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Səmədzadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aygün Səmədzadə İnstaqram səhifəsində ad çəkmədən söz atıb:

"Uğurlarımıza sevinməyənlərin çoxu qazandıqları uğurlarda payımız olanlar olur. Bəlkə uğurlarındakı payımızı bizə bağışlaya bilmədiklərindən bizə belə qısqanc və paxıl olurlar. Bəlkə də içindəkilərini yaxşıya çevirmək üçün məşğuliyyətləri olmadığından. Hər bir halda inkişafdan qalma səbəblərini özlərində axtarmayanlar ətrafa küsmüş və kinlidirlər. Həsəd hissi isə ən çox bəzi hallarda yanaşı addımladıqlarına "Niyə mən yox, o" düşündüklərinə görə olur. Enerjisi çox olan "yaxşı" maskalılar daim məşğul olmalıdır. İşsiz və maraqsız qalanda maskaları köhnəlir və qopur. Birinin-birinə təbrikindən aldığım təəssürat. Mən sizə atdığınız sözlərdən əvvəl atmışam".

Qeyd edək ki, Aygün Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər