31 Yanvar 2022 13:21
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, iş adamı Fazil Əmiraslanovla evli olan Rəqsanə İsmayılova "Şourum" verilişində yenidən ana olmaq arzusunu dilə gətirib: "Qızımla eyni vaxtda ana olarıq. Toy mərasiminə hamilə gələrəm. Həyat yoldaşım başqa bir insandır. Onun kimi xarakterdə ikinci bir insan təsəvvür etmirəm. Onu çox sevirəm".

Müğənni həyat yoldaşının qadağasından da danışıb: "Həyat yoldaşım 30-40 il Rusiyada, 20 il Almaniyada yaşayan insandır. Əslində, geyimlərində o qədər də əndazədən çıxmıram. Yalnız fotosessiyada olur. Bizim münasibətimizdə qadağa yoxdur".

İfaçı üzünə görə cərrah masasına uzanacağını da açıqlayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər