Müğənni Zamiq Hüseynov məkanların birində oğlu Zeynə məclis təşkil edib.
Teleqraf.com xəbər verir ki, Zeynin kiçik toyuna reper Elşad Xose həyat yoldaşı Lətifə xanımla birlikdə qatılıb.
Reper Zeynə rəsm əsərini bağışlayıb.
Qeyd edək ki, ifaçının oğlunun məclisində xalq artistləri Miri Yusif, Nəzakət Teymurova, müğənnilər Sevda Yahyayeva, Azad Şabanov, şairə Zəhra Bədəlbəyli də və bir çox məşhurlar iştirak ediblər. Gecə mediaya qapalı olub.