Türkiyədə "Çolpan İlhan & Sədri Alışık" Teatrının nəzdində səhnələşdirilən "Yataq dialoqları" tamaşasının sonunda sürpriz baş verib.
Teleqraf.com "Hüriyyet"ə istinadən xəbər verir ki, baş rol ifaçısı Ləvənt Ülgən, tamaşanı izləməyə gələn Talat Şənəri səhnəyə dəvət olunub. Səhnədə diz çökən Şənər, sevgilisi Gizəm Ünaldıya evlənmə təklifi edib.
Sürpriz evlilik təklifini qəbul edən qız göz yaşını saxlaya bilməyib. Tamaşaçılarda cütlüyü uzun müddət alqışlayıb.
Talat Şənəri cəsarətinə görə təbrik edən aktyor Ləvənt Ülgən, gənclərə xoşbəxtliklər arzulayıb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm