14 May 2022 13:15
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya-2022" mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi Murad Arif ilk beşliyə düşəcək ölkələrin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Murad Arif İnstaqramda bu sözləri qeyd edib: "Sırf musiqidən danışsaq, zənnimcə, bu ilin ən yaxşı mahnıları bunlardır. Böyük Britaniya təmsilçisi Sam Ryder "Sapce Man", İsveç təmsilçisi Cornelia Jakobs "Hold me closer", Yunanıstan təmsilçisi Amanda Georgiadi Tenfjord "Die together", İtaliya təmsilçisi Mahmood Blanco "Brividi" və Finlandiya təmsilçisi The Rasmusun "Jezzebel" mahnısı...

Portuqaliya, Niderland və Polşa da normaldır. Ən qaynar nömrəsini isə İspaniya gətirib, Chanelin mahnısı "Slomo" partlayışdır.

Ən ən qəribə iştirakçı Serbiyadan Konstrakdır. Ən doğma, əziz iştirakçı isə Nadir! Ukraynanın düşdüyü vəziyyət hamımızı narahat edir. Amma nəticədə musiqi qazanmalıdır. Jamaladan sonra yenə bu jesti etsələr ağ olar..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər