22 May 2022 23:00
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə ailə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, həyat yoldaşı Sevinc xanımın məkanların birində doğum gününü qeyd edən Nadir Qafarzadə İnstaqramda həyat yoldaşı ilə fotosuna bu sözləri yazıb: "Bu dünyaya xoş gəlmisən. Doğum günün mübarək! Mənim üçün yaradıb, Yaradan səni. 29 illik dostum, sirdaşım, həyat yoldaşım!"

Fotoda ifaçının gəlini Ənqitə də yer alıb.

Sözügedən fotonu təqdim edirik.


Müəllif: Rəqsanə Həsənova